AZ / RU / EN

Продажа тягачей и спецтехники в Алматы по лучшей цене – компания Turkuaz Machinery

AZƏRBAYCAN “HITACHI” iş texnikaları ilə yenidən tanış olur

Turkuaz Machinery Azərbaycan” şirkəti Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı idarəsinə 30 ədəd “HITACHI” iş texnikasının təhvil-təsliminə başlayıb.

Su təmini və drenaj kanallarının açılması üçün istifadə olunan, ən çətin şəraitlərdə yüksək iş görmə qabiliyyəti və dözümlülük nümayiş etdirən rezin təkərli “HITACHI ZX210W” ekskavatorlarının 15 ədədi artıq adıçəkilən quruma təhvil verilib. Daha 15 ədəd iş texnikası isə iyun ayında təslim ediləcək.

İTOCHU” şirkətinin rəhbərliyi ilə verilən texnikalarla birlikdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı idarəsindəki “HITACHI” iş texnikalarının sayı 55-ə çatıb. “Turkuaz Mahinery Azərbaycan”ın baş direktoru Aydın Makaş:

Azərbaycandakı şöbəmizin qurulmasının ilk ilində belə uğurda pay sahibi olmaqdan və bu gözəl ölkənin inkişafında rol oynamaqdan böyük qürur hissi duyuruq. Servis və ehtiyyat hissələrin təchizi kimi xidmətlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinin nə qədər mühüm olduğunu bilirik və bu istiqamətdə bütün lazimi tədbirləri görmüşük” – deyə açıqlama verib.

 

 

 

Turkuaz Machinery şirkəti təsis edildiyi dövrdən etibarən Mərkəzi Asiya bazarında ən yaxşı dünya istehsalçılarının məhsullarının təqdim edir. Biz Mərkəzi Asiyada və Qafqazda, mədənçilik, metallurgiya, kənd təsərrüfatı layihələri, körpülərin, yolların tikintisi, infastrukturun inkişafı, dövlət iri tikinti lahiyələrində işlənən maşın, texnika satışı və servisi ilə məşğul oluruq. Şirkət bütün Azərbaycan ərazisində satış və müştəri şəbəkəsinə malikdir.

Bizim Azərbaycanda fəaliyyətimiz Hitachi tikinti və dağ-mədənqazıntı avadanlıqlarının, Sandvik tikinti avadanlıqlarının, ZOOMLION kranların, Sakai yol tikinti texnikasının, Mitsubishi və CHL forklift-lərin, Hertz kompressorlarının, Carmix mobil beton hazırlayıcıların, Teksan generatorlarının və bir çox başqa avadanlıqların təchizatı, satışı və satış sonrası dəstəkdən ibarətdir. Hitachi şirkəti ümumi dağ-mədən tikinti işlərinin həyata keçirilməsi üçün etibarlı və əsas avadanlıqların geniş çeşidini təklif edir. Biz məhşur hidravlik ekskavatorlardan tutmuş möhkəm çərçivəli özüboşaldan yük maşınları və təkərli yükləyicilərə qədər, eləcə də müxtəlif işlər üçün xüsusi təyinatlı ekskavatorları ən yüksək keyfiyyətlə təklif edirik.